Rikkardo Kalafiori İtaliya millisinin tarixinə antirekordla düşüb.

Rekord.az xəbər verir ki, müdafiəçi Avropa çempionatlarında İtaliyanın ilk avtoqolunun müəllifi olub.

Kalafiori bu antirekorda Almaniyada təşkil olunan Avropa çempionatının qrup mərhələsinin 2-ci turu çərçivəsində İspaniya ilə keçirilən görüşdə imza atıb.

İspaniya - İtaliya matçı birincilərin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.