İngiltərənin “Uotford” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Rekord.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Fransanın “Bordo” klubundan Samuel Kalunu transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 24 yaşlı yarımmüdafiəçi ilə müddəti 2025-ci ilin yayına qədər olan müqavilə imzalanıb.

Kalu Nigeriya milli komandasının da üzvüdür.