Kamal Quliyev: "Gedib Neftçalanın icra başçısına deyirdim ki..."
- 27 Noy 2019 13:00
- 1380
Azərbaycan millisinin sabiq üzvü Kamal Quliyev maraqlı açıqlama ilə yadda qalıb.
Rekord.az xəbər verir ki Space radioda qonaq olan Quliyev "Neftçala"da çalışdığı dönəmlərdə hakimlərə balıq və "ikra" təklif etməklə oyunların alınması haqda bir vaxtlar dolaşan şaiyələrə münasibət bildirib.
Millimizin sabiq üzvü bu söhbətləri cəfəngiyyat adlandırıb: "Neftçala"da elə komanda qurmuşduq ki qabağına keçəni əzib keçirdi. İki il ardıcıl çempion olduq. Hətta bunların birində çempionluğu sona 5 tur qalmış demək olar ki təmin etmişdik. Amma çıxıb son 5 oyunu da udmuşuq. Belə komandaın hakim köməyinə ehtiyacı da yox idi. Sadəcə bizi və şəxsən məni istəməyən adamlar belə iyrənc söhbətləri ortaya ata bilər. Heç mən Neftçalaa yol kənarında satılan balıqdan da alıb evimə aparmırdım ki başqa söhbətlər yaranmasın. Bəli Neftçalaya gələn hakimlərə hakim-inspektorlara AFFA nümayəndələrinə qonaq kimi nahar süfrəsi açılıb və o süfrədə balıq yeməkləri də olub. Kimlərsə bunu rüşvət sayırsa buna deyəcək sözüm yoxdur. Heç bizim oyunlara azarkeş də gəlmirdi. Baxmayaraq ki o cür komanda yaratmışdıq. 2 təqaüdçü ağsaqqal idi bir də Bakıda təhsil alan neftçalalı tələbələr. Başqa azarkeşimiz yox idi. Neftçalanın icra başçısının qəbuluna gedib şəxsən demişdim ki siz heç olmasa bir oyunumuza gəlin ki bəlkə sizə görə 200 adam da stadiona gəlsin. Amma heç bir faydası olmurdu".