![photo](https://www.rekord.az/storage/uploads/4/kamal1.jpg)
Kamal Quliyev "Sumqayıt"da işə başladı
- 17 Avq 2023 11:00
- 1578
Azərbaycan millisinin sabiq üzvü, tanınmış futbol veteranlarından olan Kamal Quliyev "Sumqayıt" klubuna işə başlayıb.
Rekord.az xəbər verir ki, o, klubun futbol akademiyasında köməkçi məşqçi kimi çalışacaq.
Quliyev dünən artıq ilk məşqinə də çıxıb.
Qeyd edək ki, uzun illər Azərbaycan millisinin şərəfini qorumuş Kamal, "Xəzər" Sumqayıt, "Neftçi", "Karvan", "Standard, "Voln" (Ukrayna) kimi klubların şərəfini qoruyub, köməkçi məşqçi kimi "Neftçi" ilə, baş məşqçi kimi isə "Neftçala" ilə ölkə çempionluğunu qazanıb.