Millimizin sabiq qapıçısı Kamran Ağayevin "Səbail"də qalıb-qalımayacağı hələlik məlum deyil.

Rekord.az xəbər verir ki, Ağayev komandanın baş məşqçisi Aftandil Hacıyevlə görüşməyi planlaşdırır.

Əldə etdiyimiz məlumata görə, 35 yaşlı qapıçı Hacıyevlə növbəti mövsümlə bağlı konkret söhbət etməyi düşünür. Yalnız bu görüşdən sonra Ağayev "Səbail"də qalıb-qalmayacağı ilə bağlı qərarını verəcək.