Azərbaycan yığmasının sabiq qapıçısı Kamran Ağayev gələcəyi ilə bağlı qərarını konkretləşdirib.

Rekord.az-ın məlumatına görə, 35 yaşlı kiper daha 1 il karyerasını davam etdirəcək.

Ilyarımlıq fasilədən sonra - ötən ilin payızında sevimli peşəsinə geri dönən “əlcək sahibi” “Səbail”də qalmağa razılaşıb.

Ağayevin Bayıl təmsilçisində aylıq qazancının 1000 manatı keçmədiyini qeyd edək. (sportinfo.az)