Millimizin sabiq qapıçısı Kamran Ağayev maraqlı açıqlama ilə diqqət çəkib.

Rekord.az xəbər verir ki, ATV telekanalındakəı şou proqramların birində Elməddin Cəfərovun qonağı olan Ağayev oyunlar zamanı etdiyi maraqlı hərəkəti etiraf edib.

Sən demə o, hər oyundan qabaq qapı arxasına quraşdırılan mikrafonları bilərəkdən tokdan ayırırmış: "Qəribə mikrafon idi, tüklü, itə oxşayırdı. Nə danışırdın hamısı efirə düşürdü. Ona görə hər oyundan qabaq özüm bilərəkdən həmin mikrafonları tokdan ayırırdım. Sonradan bildilər və buna görə məni cəzalandırdılar".