Kamran Ağayev böyük ehtimalla qışda birdəfəlik futboldan gedəcək.

Rekord.az-a daxil olan məlumatab görə, mövsümün əvvəlində “Səbail”lə müqavilə bağlayan millimizin sabiq qapıçısı hələ də meydançaya çıxmayıb.

Görünən budur ki, baş məşqçi Aftandil Hacıyev bundan sonra da Ağayevi oynatmağı düşünmür. Artıq Kamranın özünün də oynamaq həvəsi yoxdur. 34 yaşlı qapıçı yanvarda futbolla vidalaşmağı düşünür.