Kamran Ağayev “Səbail”də 1000 manata oynayır?
- 31 Mar 2021 12:00
- 804
Millinin keçmiş qapıçısı Kamran Ağayev 2 ay sonra karyerasına birdəfəlik son qoya bilər.
Rekord.az xəbər verir ki, AFFA 1,5 ildən sonra yaşıl sahələrə dönən kiperə əlcəklərini mıxdan asmağı məsləhət görüb.
Ona tövsiyə olunub ki, məşqçi kurslarına yazılsın. Çağırışı qəbul etsə, birbaşa “B” kateqoriyalı kurslara qatılacaq.
Əslində, hazırda futbol oynamaq Kamrana bir o qədər sərf eləmir. Yığmanın sabiq “1 nömrə”si “Səbail”də ayına cəmi 1000 manat qazanır.
Halbiki bir neçə il əvvələ kimi onun illik gəliri 300-400 min manat civarında idi. (sportinfo.az)