![photo](https://www.rekord.az/storage/uploads/4/kamran-9.jpg)
Kamran Əliyev: "Bu, rəhbərliyə veriləcək sualdı: MÜSAHİBƏ
- 26 Okt 2023 14:02
- 625
"Sumqayıt"ın futbolçusu Kamran Əliyev Rekord.az-a müsahibə verib:
- Təxirə salınmış oyunda "Sabah"ı məğlub etdiniz. Öncə təəssüratlarını alaq...
- Çox çətin oyun oldu. Şadam ki, qələbə qazandıq. 4 gün əvvəl bu komandaya məğlub olduğumuzdan oyun bizim üçün prinsipial əhəmiyyət daşıyırdı.
- Qol vuracağını gözləyirdin?
- Hər oyun qola köklənirəm. Bu gün də ikiqta şadam ki, həm qol vurdum, həm də vurduğum qol komandama qələbə qazandırdı. Ümumiyyətlə, qolu kimin vurmasından asılı olmayaraq, əsas olan 3 xal idi.
- 4 gün öncəki oyunda nə alınmamışdı ki, bu gün alındı?
- 4 gün öncəki oyunun ilk hissəsindən sonra konsenstrasiyanı itirdik. Rəqib də bundan istifadı edib bizə 3 qol vurdu.
- Geridə qalan birinci dövrəni komandan və özün üçün necə dəyərləndirərdin?
- Xal itirdiyimiz oyunlar oldu, amma hər məşqdə daha yaxşı çalışırıq ki, daha yaxşı nəticələr qazanaq.
- "Sumqayıt"ın real hədəfi nədir?
- Bu, rəhbərliyə veriləcək sualdı.
- Meydançada siz oynayırsınız, futbolçuların, komandanın potensialı nəyə imkan verir?
- Potensial avrokuboklara oynamağa imkan verir.
- Azərbaycana uyğunlaşmağın necə gedir?
- Hər şey qaydasındadır, mən ki azərbaycanlıyam...
- Məlum məsələ, amma uzun müddət Rusiyada yaşayıb, oranın tərbiyəsini almısan...
- Bəli elədir, amma bizdə böyüklər, eləcə də ailəmiz bir qayda olaraq Azərbaycan dilində danışırlar. Bu mənada mənim üçün heç bir problem yoxdur.
- Kamran Əliyev və Ayaz Quliyev. Bir vaxtlar Rusiyada çıxış edən bu iki futbolçu bu gün meydançada rəqib idi. Necə hiss idi?
- Artıq belə şeylər mənim üçün təəccüblü deyil. Rusiyada oynamış demək olar ki, əksər azərbaycanlılar geri dönüb. Milli komandada, avrokuboklarad oynayırlar. Üstəlik, hazırda Rusiyadakı vəziyyəti də hər kəs bilir. Buna görə azərbaycanlı futbolçular da Azərbaycandan gəılən təklifə isti yanaşırlar.
- 25 yaşın var. Bu yaşda Azərbaycana gəlməyi geri addım hesab etmirsən?
- Yox, niyə ki? Az öncə də dedim, Rusiya futbolunun. Rusiya çempionatının hazırkı durumu da hər kəsə məlumdur. Ümid edirəm ki, atdığım addım mənim üçün tramplin olacaq.
- Şablon da olsa, son sual: millidə oynamaq perspektivin necədi?
- Bu suala daha öncə də cavab vermirşəm. Bu məsələ məndən asılı deyil, milli rəhbərliyinə aid sualdı Mən futbolçu kimi üzərimə düşən futbol oynamaq, özümü yaxşı tərəfdən göstərmək və komandama kömək etməkdir. Gerisini isə mən həll etmirəm.
- Özündə istək var?
- Əlbəttə. Bu haqda mövqeyimi də daha öncə bir neçə dəfə bildirmişəm. Hazlram və özümə inanıram.