"Sumqayıt"ın futbolçusu Kamran Əliyev "Turan Tovuz"la oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Rekord.az həmin müsahibəni sizə təqdim edir:

 

- Qələbə münasibəti ilə təbrik edirik. İlk dəfə Tovuzda olurdun, ab-hava necə idi, ümumiyyətlə, səfər qələbəsini necə şərh edərdin?

- Təbrik üçün çox sağ olun. Turnir cədvəli baxımından çox vacib oyun idi. Həm də bizim üçün prinsipial oyun idi. Sağ olsun, uşaqlar hamısı əla oynadı, son dəqiqəyə kimi mübarizə apardılar və yekunda 3 xalı qazandıq. Stadionda atmosfer də yaxşı idi, Tovuz azarkeşləri də komandalarına son dəqiqəyə qədər dəstək verdilər. 

- "Sumqayıt"da qol hesabını dublla açdın. Bunu gözləyirdin?

- Gözləyirdim. Çünki hər zaman cəhd edirdəm ki, daha yaxşı oynayım və komandama bacardığım qədər kömək edim.

- Uyğunlaşma dövrünü çox tez keçdiyini demək olar? Çünki qış toplanışında da iştirak etməmişdin...

- Düz qeyd etdiniz, mənim üçün yeganə problem bu idi. Çünki Rusiyadan ayrılmağım elə alındı ki, "Sumqayıt"ın qış toplanışında iştirak etməmişdim. Ardınca çempionat başladı.İndi artıq 90 faiz forma yığdığımı düşünürəm.

- Azərbaycanlı olsan da, "Sumqayıt"da legioner kimi oynayırsan. Azərbaycan pasportu almağına nə mane olur?

- Mənə heç nə mane olmur. Heç bir problem də yoxdur. Yaxın gələcəkdə Azərbaycan pasportu alacam.

- Çempionatda autsayder mövqeyindəsiniz. Bu haqda nə düşünürsən?

- Autsayder olduğumuzu düşünmürəm. Sadəcə, bu cür alındı. Komanda yeni-yeni bir-birini tanıyır, əksəriyyət qışda komandaya qoşuldu. Həta baş məşqçimiz özü də mövsümün ortasında gəldi. Bir sözlə, yeni-yeni hamı bir-birinə uyğunlaşır.

- 24 yaşın var. Azərbaycan çempionatından tramplin kimi istifadə etməyi düşünürsən, ya necə?

- Tramplin kimi də demək olar. Doğma vətənimdən təkllif gəldi, mən də mənmuniyyətlə qəbul etdim.

- Komandanın potensialını necə görürsən? Həm bu mövsüm, həm də növbəti mövsüm üçün.

- Bu mövsüm Premyer Liqanı tərtk etməyəcəyimizə hətta 200 faiz əminəm. Növbəti mövsüm üçün avrokuboklara vəsiqə uğurunda mübarizə aparacağıq. 

 

Anar XANLAROV