![photo](https://www.rekord.az/storage/uploads/4/kamran-22.jpg)
Kamran Əliyev niyə Azərbaycan pasportu ala bilmir?
- 08 Sen 2023 13:00
- 640
Xeyli müddətdir "Sumqayıt"a gələn, özünü yaxşı tərəfdən göstərən Kamran Əliyev hələ də Azərbaycan pasportu ala bilmir.
Rekord.az xəbər verir ki, azərbaycanlı olmasına baxmayaraq, "Sumqayıt" və eləcə də AFFA hələ ki, bu məsələni həll edə bilmir.
Saytımıza bununla bağlı maraqlı bir məlumat daxil olub. Həmin məlumata görə, problem daha çox futbolçunun vətəndaşlığını daşıdığı Rusiya ilə bağlıdır. Belə ki, Ukraynada müharibə aparan Rusiya kişi vətəndaşlarının ölkədən çıxışını bacardığı qədər əngəlləməyə çalışır. Kamranla bağlı məsələdə də məhz Şimal qonşularımızın aidiyatı qurumlarının işi bilərəkdən yubatması səbənindən həllini tapmır.