Futbol üzrə Rusiya Premyer Liqasında 23-cü turun oyunları keçirilir.

Rekord.az xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət yığmasının sabiq hücumçusu Kamran Əliyevin formasını geyindiyi “Ximki” də növəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Rubin”lə qarşılaşıb. Əliyevin komandası Kazan təmsilçisi ilə görüşdən qələbə ilə ayrılıb – 3:1.

Kamran bu matçın iştirakçısı olmayıb. Əliyev sonadək ehtiyatda qalıb.

23 turdan sonra 35 xalı olan “Ximki” 16 iştirakçı arasında 9-cu pillədə qərarlaşıb.