Futbol üzrə Rusiya Milli Futbol Liqasında (Premyer Liqadan sonrakı ən güclü liqa) 12-ci turun oyunları keçirilib.

Rekord.az xəbər verir ki, azərbaycanlı hücumçu Kamran Əliyevin komandası “SKA-Xabarovsk” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Olimp-Dolqoprudnı” ilə qarşılaşıb. Azərbaycanlı futbolçunun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.

Kamran da bu görüşün iştirakçısı olub. O, komandasının start heyətində meydana çıxıb və 59-cu dəqiqədə əvəzlənib.

“SKA-Xabarovsk” 12 turdan sonra 21 xalla 20 kollektiv arasında 6-cı pillədə qərarlaşıb.