Kamran Əliyevli “Ximki” səfərdən 1 xalla döndü
- 16 Mar 2020 11:20
- 592
Futbol üzrə Rusiya çempionatının 1-ci divizionunda 27-ci turun oyunları keçirilib.
Rekord.az xəbər verir ki, Azərbaycanın U-21 yığmasının sabiq futbolçusu Kamran Əliyevin formasını geyindiyi “Ximki” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Nefteximik”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 2:2.
Kamran da bu görüşün iştirakçısı olub. O, 84-cü dəqiqədə meydana buraxılıb. Cari mövsümdə 8 qol vuran azərbaycanlı forvard bu dəfə fərqlənə bilməyib.
“Ximki” 27 turdan sonra 54 xalla 20 kollektiv arasında 2-ci pillədə qərarlaşıb.