Oktyabr ayının 2-də Azərbaycan Ağırlıqqaldırma Federasiyasının (AAF) prezidenti Kamran Nəbizadə yığma komandalarımızın təlim-məşq bazası olan Ağır Atletika Mərkəzində olub. O, burada yaradılan şəraitlə tanış olub, məşq və yarış zalı, tibb, tədris, istirahət və digər otaqları gəzib, maddi-texniki təminatın vəziyyətini öyrənib, onun yaxşılaşdırılması barədə fikir mübadiləsi aparıb, rəy və təkliflərini verib. Federasiya prezidenti idmançıların yüksək nailiyyətlər qazanması üçün onlara ən yaxşı şəraitin yaradılmasının vacibliyini vurğulayıb.