"Neftçi"nin prezidenti Kamran Quliyev klubun büdcəsini açıqlayıb.

Rekord.az xəbər verir ki, Quliyev korner.az-a müsahibəsində bildirib ki, "Neftçi"nin hazırkı büdcəsi 12 milyon manatdır.

Klub prezidenti eyni zamanda bildirib ki, hazırda "Neftçi"nin heç kimə borcu yoxdur, bütün borclar bağlanıb. Halbuki, o, 2018-ci ildə kluba prezident təyin olunanda "Neftçi"nin 4 milyon manat borcunun olduğunu deyib.