"Kamran Quliyevlə Ceyhun Sultanov mənim vaxtımda da Samiri "Neftçi"yə gətirmək istəyirdi"
- 08 Fev 2021 20:10
- 1182
"Neftçi"nin və "Keşlə"nin sabiq baş məşqçisi Tərlan Əhmədov maraqlı açıqlama verib.
Rekord.az xəbər verir ki, "İdman" TV-də yayımlanan "Mərkəz xətti" verilişində qonaq olan Əhmədov bildirib ki, hələ o, "Neftçi"də işlədiyi vaxt onun yerinə Samir Abasovu gətirmək istəyirdilər: "Hələ mən "Neftçi"də işləyəndə klubun prezidenti Kamran Quliyevlə baş menecer Ceyhun Sultanov Samir Abasovu baş məşqçi postuna gətirmək istəyirdi. Yadımdadır, biz o vaxt evdə "Sumqayıt"la 2:2 oynadıq və həmin oyundan sonra Samir gedib "Neftçi"nin azarkeşlərini alqışlamışdı. Amma unutmaq olmaz ki, "Neftçi"də işləmək çox çətindir".