Kamran Ağayevin karyerasını bitirməsi "Səbail"i çətin duruma salıb.

Rekord.az xəbər verir ki, Ağayev daha öncə baş məşqçi Aftandil Hacıyevə ən azı mövsümün sonuna kimi komandada qalacağına dair söz vermişdi.

Lakin ötən gün anidən futboldan getməklə bağlı qərar verib. İndi Bayıl təmsilçisi ayın sonuna kimi yeni qapıçı tapalıdır. Klubun maddi durumu legioner cəlb etməyə imkan vermir. Səviyyəli yerli qapıçı isə çox azdır və olanlar da digər klublarda forma geyinir.