Son günlər mətbuatda Kamran Ağayevin “Turan Tovuz”a keçəcəyi ilə bağlı məlumatlar dolaşır.

Rekord.az-a daxil olan məlumata görə, Tovuz təmsilçisi Ağayevi qəbul etməyə hazırdı.

Nəzərə alaq ki, Kamran məhz “Turan”da parlamışdı. Lakin ortada bir məsələ var.  Kamran yalnız “Turan Tovuz” Premyer Liqaya buraxılacağı təqdirdə Tovuz təmsilçisinə keçəcək. Əks halda, gedib I Divizionda oynamaq kimi bir fikri yoxdur.