"Sumqayıt" - "Araz Naxçıvan" matçında verdiyi biabırçı penalti qərarı ilə gündəm olan Kamranbəy Rəhimov sonuncu dəfə ötən ilin noyabrın 3-də "Səbail" - "Turan Tovuz" matçını idarə etmişdi,

Rekord.az xəbər verir ki, həmin oyunda etdiyi kobud səhvlərə görə cəzalandırılmışdı.

Lakin cəzanın müddəti 15 oyun olmayıb. Qışdan sonra AFFA Hakimlər Komitəsinin sədri Barış Şimşək ona təyinat verməyi düşünürmüş. Lakin deyilənə görə, qış toplanışı zamanı normativləri verə bilmədiyi üçün qışdan sonra da uzun müddət təyinat almayıb.