Son günlərdə davam edən kəskin istilər futbol təsərrüfatına da təsirsiz ötüşməyib.
Rekord.az xəbər verir ki, "Sumqayıt"ın ev oyunlarını keçirdiyi "Kapital Bank Arena"nın qazonu yanıb.
Stadion rəhbərliyi bütün imkanlardan istifadə edərək qazonun komandanın növbəti ev oyununa kimi bərpasına çalışır.