Kapitan Avropa Liqasının finalını buraxacaq
- 23 May 2021 16:41
- 539
İngiltərə “Mançester Yunayted”i Avropa Liqasının finalında İspaniyanın “Vilyarreal” komandası ilə üz-üzə gələcək.
Relkord.az xəbər verir ki, “qırmızı şeytanlar”ın müdafiəçisi Harri Maquayr həlledici matçı buraxacaq.
Bu barədə komandanın baş məşqçisi Ole-Qunnar Sulşer açıqlama verib. Yerli mətbuata danışan norveçli mütəxəssis, kapitanın zədə səbəbindən final matçını buraxacağını bildirib.
“Mançester Yunayted”lə “Vilyarreal” arasında keçiriləcək Avropa Liqasının final matçı mayın 26-da oynanılacaq.