Kapitan "Napoli"dən gedir?
- 23 Okt 2021 15:45
- 538
“Napoli”nin yarımmüdafiəçisi Lorentso İnsinenin komandanı tərk edə biləcəyi ilə bağlı iddialar yayılıb.
Rekord.az xəbər verir ki, kapitan bu məlumata münasibət bildirib.
O, klubla yeni müqavilə ilə bağlı danışıqlar apardığını da etiraf edib:
“Napoli”ni tərk edəcəyimlə bağlı şayiələr? Bu şayiələri mən yaymıram. Maksimum dərəcədə sakit olmağa və futbola köklənməyə çalışıram.
Yeni müqaviləyə gəldikdə, hər kəsə bəllidir ki, klubla danışıq aparıram. Amma bu danışığı “Napoli” rəhbərliyi və mənim agentim aparır.
Onlar çalışırlar ki, mən tam sərbəst olum və ancaq futbol haqda düşünüm.
Bu, “Napoli” üçün çox vacib mövsümdür. Ona görə də istəmirəm ki, komanda yoldaşlarım, azarkeşlər mənim “Napoli”ni tərk edəcəyimlə bağlı yayılan şayiələr haqda düşünsünlər.
Əgər komanda yoldaşlarım görsə ki, kapitan çox sakitdir, onda onlar da rahat olacaq və ancaq futbol haqda düşünəcəklər”.