Voleybol üzrə qadınalrdan ibarət Azərbaycan millisinin üzvü Ayşən Abduləzimova Çempionlar Liqasında növbəti oyununa çıxıb. "Rekord.az" xəbər verir ki, təcrübəli blokçumuzun formasını geyindiyi Macarıstanın "Vasas" klubu Çempionlar Liqasında 3-cü turda Polşanın "PGE Grot Budowlani LODZ" kollektivi ilə qarşılaşıb.

Voleybolçumuzun komandası səfərdə keçirilən görüşə yaxşı başlamayıb. İlk setdən təşəbbüsü ələ alan rəqib üstünlüyünü əldən verməyib. 3 set davam edən matçda Ayşən və rəfiqələri quru hesabla (0:3, 14:25, 19:25, 16:25).

Komandasının xalsız qaldığı görüşdə millimizin və "Vasas"ın kapitanı 4 xal qazanıb.Abduləzimova rəqibi 3 dəfə hücumda, 1 dəfə isə eyslə məyus edib.