Macarıstanda qadın voleybolçuların birinciliyində növbəti oyunlar baş tutub. "Rekord.az" xəbər verir ki, bu ölkədə çıxış edən Azərbaycan yığmasının üzvü Ayşən Abduləzimovanın şərəfini qoruduğu "Vasas" 9-cu turda "MAV Elore" klubunu qəbul edib. 

Görüş voleybolçumuzun komandasının üstünlüyü ilə keçib. 3 set davam edən matçda Ayşən və rəfiqələri qonaqlara heç bir şans verməyiblər və quru hesablı qələbəni bayram ediblər - 3:0 (25:11, 25:18, 25:10).

Komandasının çətinlik çəkmədən qalib gəldiyi qarşılaşmada millimizin və "Vasas"ın kapitanı 4 dəfə fərqlənib. Abduləzimova bu xallardan 2-ni hücumda, 1-ni blokda, 1-ni isə eyslə qazanıb.