Qadın voleybolçulardan ibarət Azərbaycan yığmasının üzvü Odina Əliyevanın bu mövsümdə çıxış edəcəyi komandanın adı bəlli olub. "Rekord.az" xəbər verir ki, kapitanımız karyerasını İndoneziyada davam etdirəcək.

Təcrübəli hücumçumuz İndoneziyanın "Jakarta Pertamina Enerji" klubu ilə razılığa gəlib. Əliyeva bu mövsümün sonuna kimi İndoneziya klubunun uğurları üçün çalışacaq. Kapitanımız millimizdəki kimi 5 nömrəli forma ilə çıxış edəcək.

Qeyd edək ki, "Jakarta Pertamina Enerji" klubunu bu mövsümdə həmyerlimiz Ziya Rəcəbov çalışdıracaq. Eyni zamanda Bakının "Azəryol" klubunda çıxış etmiş Ukrayna millisinin hücumçusu Anna Stepanyuk da bu komandada çıxış edəcək.