V İslam Həmrəyliyi Oyunlarında Azərbaycan idman nümayəndə heyətinin bayraqdarları məlum olub. "Rekord.az" xəbər verir ki, bu mötəbər vəzifəsini icra edəcək idmançılarımızdan biri də qadınlardan ibarət millimizin üzvü Ayşən Abduləzimivadır.

Avqustun 9-da keçiriləcək açılış mərasimində Ayşən atlet Nazim Babayevlə birlikdə üçrəngli bayrağımızı, güləşçi Hacı Əliyev isə Azərbaycan adı yazılan lövhəni aparacaqlar. 

V İslam Həmrəyliyi Oyunlarında Azərbaycan idman nümayəndə heyətinin bayraqdarları məlum olub. 
Avqustun 9-da keçiriləcək açılış mərasimində Azərbaycan adı yazılan lövhəni güləşçi Hacı Əliyev daşıyacaq. Üçrəngli bayrağımızı isə atlet Nazim Babayev və voleybolçu Ayşən Abduləzimova aparacaqlar. 

Qeyd edək ki, Ayşən Abduləzimova  qadın voleybolçulardan ibarət Azərbaycan millisinin kapitanı, “Çağırış” kubokunun qalibi, “Qızıl Avropa” liqasının və IV İslam Həmrəyliyi Oyunlarının qalibidir. O, çıxış etdiyi klubların heyətində Azərbaycan və Macarıstan birinciliklərində şəxsi, eləcə də komanda ilə bir sıra mükafatlar qazanıb.

Hacı Əliyev Olimpiya Oyunlarının gümüş və bürünc mükafatçısı, üçqat dünya çempionu, üçqat Avropa çempionu, Avropa oyunlarının qızıl və bürünc mükafatçısıdır.

Nazim Babayev isə Avropa çempionu, IV İslam Həmrəyliyi Oyunlarının qalibi, Qış Universiadasının ikiqat qalibi, Yeniyetmələrin Yay Olimpiya Oyunlarının bürünc medalçısıdır.