Voleybolçu qadınlardan ibarət Azərbaycan yığmasının üzvü Ayşən Abduləzimova Macarıstan çempionatında növbəti oyununa çıxıb. "Rekord.az" xəbər verir ki, blokçumuzun formasını geyindiyi "Vasas" 11-ci turda "Fatum" klubunu qəbul edib.

Görüş meydan sahiblərinin üstünlüyü ilə başlayıb. İlk setdən təşəbbüsü ələ alan voleybolçumuzun komandası rəqibə heç bir şans verməyib. 3 hissə davam edən matçda Ayşən və rəfiqələri quru hesablı qələbə qazanıblar - 3:0 (25:20, 25:15, 25:20).

Komandasının çətinlik çəkmədiyi qarşılaşmada millimizin və "Vasas"ın kapitanı 13 xal qazanmaqla oyunda ikinci ən məhsuldar voleybolçu olub. Abduləzimova qonaqları 10 dəfə hücumda, 3 dəfə isə blokda məyus edib.

Qeyd edək ki, "Vasas" bu qələbədən sonra xallarının sayını 32-ə çatdırıb və liderliyini möhkəmləndirib.