Macarıstanda qadın voleybolçularını birinciliyində yarım final mərhələsində növbəti oyun baş tutub. "Rekord.az" xəbər verir ki, Azərbaycan millisinin bu ölkədə çıxış edən üzvü Ayşən Abduləzimovanın şərəfini qoruduğu "Vasas" 1/2 final ikinci qarşılaşmasında rəqibi "Szent Benedek" üzrərində növbəti qələbəsini qazanıb. 

Görüş blokçumuzun komandası üçün uğurlu alınıb. Ayşən və rəfiqələri 3 set davam etmiş matçda quru hesablı qələbə qazanmaqla final uğrunda daha bir addım atıb - 3:0 (25:20, 23:25, 20:25). 

Komandasının çempion adı uğrunda mübarizə aparmaq şanslarının artırdığı oyunda yığmamızın üzvü 11 xal qazanıb. Kapitanımız rəqibi 7 dəfə hücumda, 2 dəfə blokda, 2 dəfə isə eyslə məyus edib.

Qeyd edək ki, cütün növbəti qarşılaşması aprelin 19-da baş tutucaq. "Vasas" qələbə qazanacağı təqdirdə adını final yazdıracaq. Əks halda dördüncü oyuna ehtiyac yaranacaq.