Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Ayşən Abduləzimova Macarıstan çempionatında mübarizəyə başlayıb. "Rekord.az" xəbər verir ki, təcrübəli blokçumuzun formasını geyindiyi "Vasas" 1-ci turda "MTK" ilə üz-üzə gəlib.

Rəqib meydanında baş tutan görüş kapitanımızın komandası üçün uğurlu alınıb. Meydan sahiblərinə yalnız bir setdə sevinmək imkanı verən Ayşən və rəfiqələri 3:1 (25:22, 25:15, 23:25, 25:18) hesabı ilə qələbə qazanıblar.

Komandasının ölkə birinciliyinə qələbə ilə başladığı qarşılaşmada Abduləzimova 10 dəfə fərqlənib.