Azərbaycanın qadın voleybolçulardan ibarət yığmasının üzvü Ayşən Abduləzimova Macarıstan çempionatının finalına vəsiqə qazanıb. "Rekord.az" xəbər verir ki, blokçumuzun formasını geyindiyi "Vasas" yarımfinalda "Fatum" klubu ilə üz-üzə gəlib.

Cütün ilk iki qarşılaşmasında 3:0 və 3:1 hesabları ilə qələbə qazanmış voleybolçumuzun komandası bu matça da yaxşı başlayıb. Rəqibinə heç bir şans verməyən Ayşən və rəfiqələri meydandan quru hesablı qələbə ilə ayrılıblar - 3:0 (25:6, 25:14, 25:22). Bununla da 1/2 finalda lazımi üç qələbəni qazanan "Vasas" Macarıstan çempionatının finalına yüksəlib.

Komandasının mərhələ adladığı görüşdə millimizin və "Vasas"ın kapitanı 10 dəfə fərqlənib. Abduləzimova bu xallardan 5-ni hücumda, 5-ni isə blokda qazanıb. Ayşən blokdakı göstəricisinə görə qarşılaşmanın da ən yaxşısı olub.

Qeyd edək ki, "Vasas" finalda "Bekescsaba" klubu ilə qarşılaşacaq.