Kapitanımız Macarıstan kubokunun yarımfinalına qələbə ilə başladı
- 11:38
- 30
Voleybolçu qadınlardan ibarət Azərbaycan millisinin üzvü Ayşən Abduləzimova Macarıstan kubokunda yarımfinal oyununa çıxıb. "Rekord.az" xəbər verir ki, blokçumuzun şərəfini qoruduğu "Vasas Obuda"nın bu mərhələdəki rəqibi "Fatum Nyíregyháza" klubudur.
Cütün ilk görüşü rəqib meydanında baş tutub. Oyunun əvvəlindən üstünlüyü ələ alan voleybolçumuzun komandası meydan sahibinə yalnız bir setdə sevinmək imkanı verib. Ayşən və rəfiqələri 4 hissə davam edən matçda 3:1 (25:17, 25:10, 14:25, 25:14) hesabı ilə qələbə qazanıblar.
Komandasının finala bir qədər də yaxınlaşdığı qarşılaçmada yığmamızın və "Vasas Obuda"nın kapitanı 10 xal qazanıb. Abduləzimova rəqibi 5 dəfə hücumda, 4 dəfə blokda, 1 dəfə isə eyslə məyus edib. Ayşən hücumda 71 fazilə oynayıb ki, bu da qarşılaşmanın ən yaxşı göstəricisidir.
Qeyd edək ki, cütün cavab oyunu fevralın 9-da baş tutacaq.