Qadın voleybolçulardan ibarət Azərbaycan yığmasının üzvü Ayşən Abduləzimova Macarıstan kubokunun yarımfinalına yüksəlib. "Rekord.az" xəbər verir ki, təcrübəli blokçumuzun formasını geyindiyi "Vasas" 1/4 finalda "MTK" klubu ilə üz-üzə gəlib.

İlk görüşdə quru hesabla qələbə qazanan voleybolçumuzun komandası cavab qarşılaşmasında da eyni uğuru təkrarlayıb. 3 set davam edən matçda 3:0 (25:16, 25:12, 25:14) hesabı ilə qalib gələn "Vasas" bununla adını yarımfinala yazdırıb.

Komandasının çətinlik çəkmədən mərhələ adladığı görüşdə millimizin və "Vasas"ın kapitanı iki hissədə oynayıb. Abduləzimova meydanda olduğu müddətdə 5 xal qazanıb. O, rəqibi 4 dəfə hücumda, 1 dəfə isə eyslə məyus edib.