Qadın voleybolçulardan ibarət Azərbaycan yığmasının üzvü Ayşən Abduləzimova Macarıstan çempionatında növbəti oyununa çıxıb. "Rekord az" xəbər verir ki, təcrübəli blokçumuzun şərəfini qoruduğu "Vasas Obuda" 13-cü turda "Szent Benedekt" klubunu qəbul edib. Doğma meydanda keçirilən görüş voleybolçumuzun komandası üçün uğurlu alınıb. Ayşən və rəfiqələri 3 set davam edən matçda 3:0 () hesablı qələbəni bayram ediblər.

Komandasının çətinlik çəkmədiyi oyunda millimizin və "Vasas Obuda"nın kapitanı bir setdə oynayıb. Abduləzimova meydanda olduğu müddətdə 5 dəfə fərqlənib. O, bu xallardan 3-nü hücumda, 2-ni isə blokda qazanıb.

Qeyd edək ki, "Vasas Obuda" maksimum nəticə göstərərək 38 xalla turnir cədvəlinə vahid liderlik edir.