Voleybolçu qadınlardan ibarət Azərbaycan millisi Avropa çempionatında hazırlığını davam etdirir. "Rekord.az" xəbər verir ki, komandamız hazırda Yunanıstanda təlim-məşq toplanışındadır. 

Yığmamızın kapitanı Ayşən Abduləzimova hazırlıq prosesi haqqında danışıb. Təcrübəli blokçumuz komandanın qitə birinciliyindəki hədəflərinə də toxunub: "Avropa çempionatına hazırlıq davam edir. Mingəçevirdə və Bakıdakı məşqlərimiz geridə qaldı. Qarşıda bizi Avropa çempionatına hazırlığın son mərhələsi gözləyir. Bakıdakı təlim-məşq toplanışı çərçivəsində 4 yoxla oyunu oynadıq. Hazırlığımız Yunanıstanda davam edir. Qarşıda bizi bir neçə yoxlama oyunları da gözləyir. Avropa çempionatında iştirak edən hər bir komanda kimi bizim də məqsədimiz qələbə qazanmaqdır. Əsas məqsədimiz isə qrup mərhələsini keçməkdir. Əlimizdən gələni edəcəyik ki, yaxşı oyun göstərək".