
Kapitanımız növbəti dəfə Macarıstan çempionu oldu
- 24 Apr 2025 23:45
- 58
Qadın voleybolçulardan ibarət Azərbaycan yığmasının üzvü Ayşən Abduləzimova növbəti dəfə Macarıstan çempionu olub. "Rekord.az " xəbər verir ki, təcrübəli blokçumuzun şərəfini qoruduğu "Vasas Obuda" finalda "Bekescaba" klubu ilə üz-üzə gəlib.
Cütün ilk iki qarşılaşmasında 3:0 hesabı ilə qələbə qazanan voleybolçumuzun komandası bu gün baş tutan növbəti final matçında da eyni uğura imza atıb. Ayşən və rəfiqələri quru hesablı qələbə qazanaraq Macarıstan liqasının qızıl medallarına sahib çıxıblar. Bu, Abduləzimovanın Macarıstan liqasında 5-ci çempionluğudur.
Bu oyunda millimizin və "Vasas Obuda"nın kapitanı 10 xal qazanıb. Voleybolçumuz rəqibi 7 dəfə hücumda, 2 dəfə eyslə, 1 dəfə isə blokda məyus edib.
Qeyd edək ki, Ayşən Abduləzimova ötən ay Macarıstan kubokunun da qalibi olub.