Kapitanımız: "Qrup mərhələsini lider kimi başa vurmaq istəyirik"
- 28 Avq 2022 22:45
- 460
Azərbaycanın qadın voleybolçulardan ibarət yığma komandası Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxıb. "Rekord az" xəbər verir ki, D qrupunda mübarizə aparan millimiz Avstriya ilə qarşılaşıb və quru hesabla qələbə qazanıb.
Doğma azarkeşlər önündə növbəti 3 xalı aktivinə yazdıran komandamızın kapitanı Ayşən Abduləzimova matçdan sonra federasiyasının mətbuat xidməti ilə fikirlərini bölüşüb:
"Bu gün üçüncü oyunumuzu oynadıq və quru hesabla qalib gəldik. Bundan sonrakı oyunların 3-də də qalib gələrək qrup mərhələsini lider kimi bitirmək istəyirik.
Növbəti oyun Sloveniyaya qarşı olacaq. Bu gün bizi dəstəkləyən azarkeşlərə təşəkkürümü bildirirəm və növbəti qarşılaşmada da hamını gözləyirik".
Qeyd edək ki, yığmamız növbəti görüşünü sentyabrın 3-də Bakıda Sloveniyaya qarşı keçirəcək. Həmin qarşılaşma Voleybol Mərkəzində baş tutacaq və saat 18:00-da start götürəcək.