
Kapitanımız yarımfinalda ikinci qələbəsini qazanıb
- 12:10
- 38
Voleybolçu qadınlardan ibarət Azərbaycan millisinin üzvü Ayşən Abduləzimova Macarıstan çempionatının yarımfinalında növbəti oyununu keçirib. "Rekord.az" xəbər verri ki, təcrübəli blokçumuzun şərəfini qoruduğu "Vasas Obuda"nın bu mərhələdəki rəqibi "Vasas SC" kollektividir.
Cütün ilk qarşılaşmasında olduğu kimi bu matçda da voleybolçumuzun komandası sevinən tərəf olub. Üç hissə davam edən görüşdə Ayşən və rəfiqələri quru hesablı (3:0, (25:18, 25:18, 25:16)) qələbə qazanmaqlar finala bir addım da yaxınlaşıblar.
Komandasının çətinlik çəkmədiyi oyunda millimizin və "Vasas Obuda"nın kapitanı yalnız sonuncu setdə meydana çıxıb. Abduləzimova bu hissədə 4 xal qazanıb. O, rəqibi 2 dəfə blokda, 1 dəfə hücumda, 1 dəfə isə eyslə məyus edib.
Qeyd edək ki, cütün növbəti qarşılaşması fevralın 28-də keçiriləcək. Ümumi hesabda 2:0 üstünlüyü olan "Vasas Obuda"nın bu matçda da çətinlik çəkmədən qalib gələrək finala yüksələcəyi gözlənilir.