Macarıstanda çıxış edən Azərbaycanın qadın voleybolçulardan ibarət yığmasının üzvü Ayşən Abduləzimova növbəti qələbəsini qazanıb. "Rekord.az" xəbər verir ki, təcrübəli blokçumuzun şərəfini qoruduğu "Vasas" 13-cü turda "UTE" ilə qarşılaşıb.

Görüş voleybolçumuzun komandası üçün pis başlayıb və meydan sahibi ilk hissədə məğlub olub. Lakin bundan sonra təşəbbüsü ələ alan Ayşən və rəfiqələri ardıcılı 3 seti aktivlərinə yazdırmaqla oyundan qalib ayrılıblar - 3:1.

"Vasas"ın növbəti 3 xalını qazandığı oyunda millimizin kapitanı 11 dəfə fərqlənib. Abduləzimova bu xallardan 9-nu hücumda, 2-ni isə eyslə qazanıb.