Qadın voleybolçulardan ibarət Azərbaycan yığmasının üzvü Ayşən Abduləzimovanın yeni komandasının adı bəlli oldu. "Rekord.az" xəbər verir ki, kapitanımız yenidən Macarıstanda çıxış edəcək.

Təcrübəli blokçumuz 2021/2022 illər mövsümündə iki mövsüm formasını geyindiyi "Vasas" klubunun uğurları üçün çalışacaq. Son mövsümü Türkiyənin "Sarıyer" klubunda keçirən voleybolçumuz artıq Macarıstan komandası ilə razılığa gəlib.

Qeyd edək ki, Abduləzimova iki mövsüm "Vasas"ın şərəfini qoruyub. O, komandanın aparıcı oyunçularından olub. Yerli çempionatla yanaşı, avrokuboklarda da möhtəşəm çıxışı ilə yadda qalan millimizin kapitanı komandasının əksər qələbələrində əsas pay sahibi olub.