Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Ayşən Abduləzimova Macarıstan çempionatında növbəti oyununa çıxıb. "Rekord.az" xəbər verir ki, blokçumuzun formasını geyindyi "Vasas" 6-cı tur çərçivəsində "Fatum" klubu ilə üz-üzə gəlib. 

Doğma meydanda baş tutan oyunda voleybolçumuzun komandası turnir cədvəlində ən yaxın izləyicisinə heç bir şans verməyib. 3 hissə davam edən matçda Ayşən və rəfiqələri quru hesablı qələbəyə seviniblər - 3:0 (25:17, 25:22, 25:17)

Komandasının çətinlik çəkmədiyi qarşılaşmada yığmamızın və "Vasas"ın kapitanı 11 xal qazanıb. Abduləzimova rəqibi 7 dəfə hücumda, 4 dəfə isə blokda məyus. Voleybolçumuzun hücumda 70 faizlik nəticə göstərib.

Qeyd edək ki, keçirdiyi bütün oyunlarda qələbə qazanan "Vasas" 18 xalla turnir cədvəlində vahid liderdir.