Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Ayşən Abduləzimovanın komandası avrokubokda mübarizəni dayandırıb. "Rekord.az" xəbər verir ki, blokçumuzun şərəfini qoruduğu Macarıstanın "Vasas" klubu CEV kubokunda 1/4 finalın cavab matçında da məğlub olub. 

Bu mərhələdə Fransanın "LEVALLOIS PARIS Saint Cloud" kollektivi ilə üz-üzə gələn "Vasas" cavab görüşündə daha ciddi müqavimət göstərib. 5 set davam edən oyunda Macarıstan təmsilçisi çox çalışsa da 2:3 (25:23, 15:25, 22:25, 25:21, 13:15) hesabı ilə uduzub. Bununla da, komanda avrokubokda mübarizəni 1/4 finalda dayandırıb. 

Komandasının yarışla vidalaşdığı matçda "Vasas"ın və millimizin kapitanı 11 xal qazanıb. Abduləzimova rəqibi 7 dəfə blokda, 4 dəfə isə hücumda məyus edib. O, bu göstərici ilə qarşılaşmanın ən yaxşı blokçusu olub.