Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Ayşən Abduləzimovanın komandası Macarıstan çempinatında növbəti qələbəsini qazanıb. "Rekord.az" xəbər verir ki, blokçumuzun şərəfini qoruduğu "Vasas" 3-cü turda "DVTK Ongropark" klubu ilə üz-üzə gəlib. 

Səfərdə baş tutan görüş voleybolçumuzun komandasının üstünlüyü ilə keçib. 3 set dava edən matçda "Vasas" quru hesablı qələbə qazanıb - 3:0 (25:16, 25:23, 25:14). 

Çempionatda sonuncu pillədə olan komanda ilə qarşılaşmada "Vasas"ın və millimizin kapitanına istrahət verilib və o, meydana çıxmayıb