Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Ayşən Abduləzimova Macarıstan çempionatında növbəti oyununa çıxıb. "Rekord.az" xəbər verir ki, blokçumuzun şərəfini qoruduğu "Vasas" final mərhələsinin ikinci görüşündən qalib ayrılıb. 

"Vasas" bu etapdakı rəqibi "Bekescsaba" ilə ilk qarşılaşmada 2:3 hesabı ilə uduzsa da sonradan ümumi hesaba tarazlıq gətirib. Cütün ikinci qarşılaşmasında Ayşən və rəfiqələri eyni hesabla qalib gəliblər - 3:2 (27:25, 22:25, 26:28, 25:13, 15:8). 

Gərginliyi ilə yadda qalan bu matçda kapitanımız 16 xal qazanıb. Abduləzimova rəqibi 13 dəfə hücumda, 2 dəfə eyslə, 1 dəfə isə blokda məyus edib. 

Qeyd edək ki, bu cütün duelində ümumilikdə 3 qələbə qazanacaq komanda Macarıstan çempionu adına sahib çıxacaq.