Macarsıtanda qadın voleybolçuların birinciliyində növbəti oyunlar baş tutub. "Rekord.az" xəbər verir ki, Azərbaycasn millisinin üzvü Ayşən Abduləzimovanın şərəfini qoruduğu "Vasas Obuda" 10-cu turda "MBH-Bekescsaba" klubunun qonağı olub. 

Görüş voleybolçumuzun komandası üçün uğursuz başlayıb. "Vasas Obuda" gözlənimədən 0:2 hesabı ilə geri düşüb. Lakin bundan sonra təşəbbüsü ələ alan Ayşən və rəfiqələri ümumi hesabı bərabərləşdiriblər - 2:2. Cütün taleyinə isə tay breykdə aydınlıq gəlib. Bu setdə daha dəqiq oynayan "Vasas Obuda" meydandan 3:2 (17:25, 23:25, 25:20, 25:8, 15:12) hesanlı qələbə ilə ayrılıb. 

Komandasının qələbəni əldən vermədiyi görüşdə yığmamızın və "Vasas Obuda"nın kapitanı 8 xal qazanıb. Abduləzimova rəqibi 3 dəfə hücumda, 3 dəfə blokda, 2 dəfə isə eyslə məyus edib. 

Qeyd edək ki, 10 turdan sonra maksimum nəticə göstərən "Vasas Obuda" 29 xalla vahid liderliyini davam etdirir.