“Keşlə” kapitanı Slavik Alxasovla yollarını ayırdığını rəsmən açıqlayıb.

Rekord.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Xəbərdə tərəflər arasındakı müqavilənin qarşılıqlı razılıq əsasında yenilənmədiyi diqqətə çatdırılıb.

Paytaxt təmsilçisi Cabir Əmirli ilə də müqavilənin yenilənmədiyini bəyan edib. Slavikdən fərqli, Cabirin artıq yeni klubu da bəllidi. O, “Neftçi” ilə müqavilə imzalayıb.

“Keşlə” hər iki futbolçuya göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyeralarında uğurlar arzulayıb.

“Keşlə” daha öncə Ruslan Qurbanovla da vidalaşmışdı.