Karantin qaydalarını pozub, gecə klubuna getdi
- 22 Mar 2020 16:00
- 748
Almaniyanın “Şalke” klubunun futbolçusu Amin Harit karantin qaydalarını pozub.
Rekord.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb. 22 yaşlı yarımmüdafiəçi 6-dan sonra bir gecə klubunda görülüb.
“Şalke”nin idman direktoru Yohen Şnayder də Haritinin karantin qaydasını pozduğunu və futbolçunun səhvini qəbul etdiyini bildirib.
Almaniyada 22364 nəfər koronavirusa yoluxub, 84-ü isə ölüb.