Karateçimiz Venesiyada gümüş medal qazandı
- 13 Dek 2019 21:00
- 1165
Baş məşqçi Anar Allahverdiyev (kumite) və Vahid Ayvazovun (kata) rəhbərliyi ilə 14-15 yaşlı yeniyetmələr və 16-17 yaşlı gənclərdən ibarət Azərbaycan milli komandasının üzvləri İtaliyanın Venesiya şəhərində Gənclərin Karate1 Premyer Liqa turnirində iştirak edirlər.
Rekord.az xəbər verir ki, yarışın ilk günü mübarizəyə qatılan 16-17 yaşlı idmançılardan Polina Qurenko (-53 kq) turnirin gümüş mükafatını qazanıb.
Ayla Rzazadə (-59 kq), Humay Həsənli (+59 kq), eləcə də Zəhra Qurbanzadə və Həsənəli Həsənov (hər iksi kata) mübarizəni medalsız başa vurublar.
Bu yaş dərəcəsində Sultan Hüseynov (-55 kq), Hüseyn Məmmədli və Əminağa Quliyev (-61 kq), Tale Yaqubov (-68 kq), Hüseyn Hüseynzadə və Fərid Ağayev (-76 kq) həmçinin 14-15 yaşlı yeniyetmələrdən Məhəmməd Xamoyev (-52 kq), Nicat Kərimli və Fərid Savadov (-57 kq), Azər Tapdıqlı və Rumil Cəfərli (-63 kq), Arina Bezrebra və Hüseyn Nəsirli (kata) də mükafatlar uğrunda mübarizə aparacaqlar.
İdmançılarla bir yerdə beynəlxalq hakim Cahangir Babayev və milli hakim Mir-Cabbar Seyidov, o cümlədən məşqçilər Denis Morozov və Nağı Mehdiyev liqa yarışlarına yollanıb.
Dünya Karate Federasiyasının (WKF) 2018-ci il mövsümündə son rəsmi yarışına 65 ölkədən 3180 karateçi qatılıb.