"Kardiff Siti" baş məşqçi Erol Bulutla müqaviləni uzadıb.

Rekord.az xəbər verir ki, Çempionşip təmsilçisi türkiyəli mütəxəssislə 2 illik yeni sözləşmə imzalayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, Erol Bulut 2023-cü ilin yayında "Kardiff Siti"nin baş məşqçisi təyin olunub. Komanda başa çatan mövsümdə Çempionşipi 62 xalla 12-ci pillədə başa vurub.